reklam
Güləşçimiz finala vəsiqə qazandı -
Sportfm.az xəbər saytı

Güləşçimiz finala vəsiqə qazandı -Avropa çempionatı


Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Sportfm.az xəbər verir ki, 70 kq-da mübarizə aparan idmançı ukraynalı İqor Nikiforuka 5:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Onun həlledici görüşdəki rəqibi rusiyalı İsrail Kasumov olacaq.

Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65) isə yarımfinalda müvafiq olaraq Rusiya təmsilçiləri Naçın Monquşa və Zagir Şakiyevə uduzublar. Onlar aprelin 20-də bürünc medal uğrunda mübarizə aparacaqlar. Xaşalov Aryan Tsiutrin (Belarus) / Givi Davidovi (İtaliya), Rəhimzadə isə George Ramm (Böyük Britaniya) / Andrey Svirid (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.

79 kq-da yarışan Rəşad Yusifli də final şansını əldən verib. Yarımfinalda Fransa təmsilçisi Sayfedin Alexmaya 1:6 hesabı ilə məğlub olan idmançı sabah bürünc medal görüşünə çıxacaq. Onun rəqibi Osman Haydari (Albaniya) / Alans Amirovs (Latviya) cütünün qalibi olacaq.

Oxşar xəbərlər

Güləşçimiz yarımfinalda - Avropa çempionatı
Daha bir güləşçimiz medal görüşünə çıxacaq - Avropa çempionatı
Dörd güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
Dörd güləşçimiz yarımfinalda - Avropa çempionatı
Güləşçilərimiz mübarizəyə başlayır - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər