"Çarkıfelek" proqramını izləyərək böyüyən futbolçu -Həyat hekayəsi
Son illər türk futbolunda adından söz etdirən gənclərdən biri - "Trabzonspor"da çıxış edən Okay Yokuşludur.
Sportfm.az xəbər verir ki, cəmi 24 yaşının olmasına baxmayaraq, Qara Dəniz təmsilçisinin heyətində 100-dən artıq oyunda meydana çıxan Okay indi müdafiəyəmeylli yarımmüdafiəçi mövqeyində çıxış etsə də, karyarasına başlayanda hücumçu olub. Uşaqlıq illərində Mehmet Ali Erbilin aparıcısı olduğu "Çarkıfelek" proqramının "qarşısından qalxmayan" Yokuşlunun oxuduğu ilk söz "makaron"dur. Anası onun hecalayaraq oxuduğu bu sözü heç zaman unutmur. Futbola İzmirin "Altay" klubunda başlayan istedadlı gəncin sinif yoldaşları daim ondan oyunlara bilet istəyirmiş. 15 yaşından əsas komandanın heyətinə cəlb olunan Okayı məktəbdən ayıran matçların çoxluğu olub. Hazırda Mirça Luçesku tərəfindən Türkiyə yığmasına cəlb edilən Okay Yokuşlu ilə İstanbul nəhəngləri və Avropanın bir çox klubları maraqlanır.

Oxşar xəbərlər
"Qarabağ"ın sabiq qapıçısı Superliqa klubunun hədəfində
"Selta" daha bir türk futbolçunu transfer etdi
Gerrardı özünə ideal seçən Bundesliqadakı yeganə azərbaycanlı - Həyat hekayəsi
"Neftçi"də yetişdi, "Qarabağ"da kapitan oldu, Almaniya klubunda qol vurdu
Futbolla nəfəs alan rejissorun yarıda qalan ömrü və taleyi məlum olmayan film - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası