"Neftçi"dən xanım azarkeşlərinə müjdə
Ölkəmizdə futbol daha çox kişilər tərəfindən sevilir. Stadionlarda da buna şahidlik etmək mümkündür. Ancaq sevindirici məqam da var. Azərbaycanda xanım azarkeşlərin də sayı artmaqdadır. Zəriflər oyunları ancaq TV qarşısında deyil, stadiona gələrək, izləyirlər.
Sportfm.az xəbər verir ki, ölkəmizdə daha bir komandanın qadınlardan ibarət fan-klubu yaradılıb. "Neftçi"nin rəsmi "Ladies of "Neftchi" fan-klubu yaradılıb. Fan-klub Xəyalə Şahlarlının liderliyilə ötən gün fəaliyyətə başlayıb. "CBC Sport" kanalının əməkdaşının məqsədi "Neftçi"nin xanım fanatlarını bir araya toplamaq və sevimli komandalarına tribunada dəstək verməkdir. Şahlarlının xoş arzularından danışıb. Həmkarımız qarşısına ciddi hədəflər qoyduğunu vurğulayıb:
"Təşəbbüs məndən gəldi. Fan-kluba rəhbərlik edəcəm. "Neftçi"nin xanım fanatlarını bir araya toplamaq istəyirik. Komandamıza tribunadan dəstək vermək istəyirik".(sportal.az)
Oxşar xəbərlər
“Qalatasaray”ın azarkeşlərinə müjdə - Azərbaycanda fan-şop açılacaq
Dabo "Neftçi" fanatlarını təhqir etdi - FOTO
"Neftçi"nin vitse-prezidenti azarkeşlərə səsləndi
Xanım azarkeş Ronaldu ilə gün keçirmək üçün 32 min dollar ödəyib
Futbol tariximizdə daha bir ilk - qadın mətbuat katibi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası