reklam
«Qurbanovun uğurlu fəaliyyət göstərəcəyinə inanırıq» -
Sportfm.az xəbər saytı

«Qurbanovun uğurlu fəaliyyət göstərəcəyinə inanırıq» -Fariz Nəcəfov


“Qəbələ” İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov klubun rəsmi saytına yeni baş məşqçi təyinatı ilə bağlı fikirlərini açıqlayıb.

Sportfm.az xəbər verir ki, Nəcəfov, Sənan Qurbanovun artıq məşqçi kimi püxtələşdiyini, rəhbərlik olaraq ona güvəndiklərini bildirib:

“Sənan Qurbanov artıq illərdir ki, klubumuzda çalışır. O məşqçi kimi fəaliyyətə “Qəbələ” Futbol Akademiyasında başlayıb. Daha sonra fəaliyyətini əsas komandada davam etdirib. Hamının bildiyi kimi klubumuzda iki məsələ prioritet təşkil edir: akademiya və əsas komanda. Qurbanov da bizim strategiyamıza uyğun olaraq akademiya futbolçularını yaxından tanıyır, onlara yanaşma baxımından düzgün mövqe sərgiləyəcək. Həm də uzun illər əsas komandada çalışıb, Roman Qriqorçuk kimi təcrübəli məşqçinin yanında püxtələşib, Avropa Liqası və ölkədaxili turnirlərdə böyük təcrübəyə malikdir. Qurbanovda baş məşqçiyə xas bütün xüsusiyyətlər var. Ona güvənirik və klubumuzda uğurlu fəaliyyət göstərəcəyinə inanırıq”.

Oxşar xəbərlər

Məşqçilərimiz “Pro” lisenziyası aldı
"Qəbələ"də yeni məşqçi - Dəyişiklik
"Mənim kimi çətin adamı 10 il yanında oynatdı" - VİDEO
"Qəbələ"nin yeni baş məşqçisi məlum oldu
Millimizin sabiq üzvü "Qəbələ"də baş məşqçi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər