reklam
Sportfm.az xəbər saytı

"Mənim kimi çətin adamı 10 il yanında oynatdı" -VİDEO


Futbolçu karyerasını başa vuran “Qarabağ” və Azərbaycan millisinin keçmiş kapitanı Rəşad Sadıqov İctimai TV-də yayımlanan “Bol idman” verilişinin qonağı olub. 

Sportfm.az xəbər verir ki, o, Qurban Qurbanov barədə danışıb və insanların təcrübəli mütəxəssisi yaxından tanımadığına təəssüfləndiyini bildirib: 

“Qurban Qurbanov publika önündə çox danışmır, özünü ifadə etmir. Çox təəssüf edirəm ki, insanlar əsl Qurban Qurbanovu tanımırlar. O, məşqdə, paltardəyişmə otağında hamıya sərbəst hərəkət imkanı yaradır. Mənim kimi çətin adamı 10 il yanında oynatdı. Baş məşqçinin özünü futbolçulara həm insan, həm də məşqçi kimi qəbul etdirməsi çətin məsələdir. Ondan çox şey öyrəndim. Gələcəkdə məşqçi kimi Qurban Qurbanovun yetirməsi olaraq tanınmaq istəyirəm”.

Verilişi izləmək üçün klikləyin.

 

Oxşar xəbərlər

PFL Qurban Qurbanov üçün video hazırladı - VİDEO
Azərbaycan mətbuatı 2021-ci ilin ən yaxşı futbol məşqçisini seçdi!
Qurban Qurbanovun 12-ci ili
"Cari mövsüm futbolçu kimi iştirak etdiyim sonuncu çempionatdır” - Rəşad Sadıqov
"Qarabağ"dan Qurban Qurbanov açıqlaması

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər