Pul qazanmaq üçün futbolçu olan məşhur müğənni -Həyat hekayəsi
Türkiyənin məşhur müğənnilərindən olan Mahmut Tuncerin vaxtilə futbol üzrə milli komandanın şərəfini qoruduğu ortaya çıxıb.
Sportfm.az xəbər verir ki, yerli mətbuata müsahibəsində futbol oynadığını etiraf edən Tuncer, o dövrdə xəyalının məşhur oyunçu olmaq olduğunu söyləyib.

Karyerasına "Urfaspor"da başlayan müğənni, ailəsinin çox kasıb yaşadığını, onun üçün futbolçu olmağı qarşısına məqsəd qoyduğunu anladıb. Tuncer bildirib ki, komandaya yeni təyin olunan baş məşqçi Candemir Berkmanın "sol ayağı olan futbolçu hər komandaya lazımdır" sözlərindən sonra 6 ay öz üzərində çalışaraq, sol ayaqla oynamağa başlayıb. Halbuki ona qədər yalnız sağ ayağı oynayırmış. Bir müddət sonra isə 21 yaşlılardan ibarət Türkiyə millisinə dəvət olunan Tuncer, sol cinah yarımmüdafiəçi mövqeyində çıxış edib. Daha sonra isə təsadüf nəticəsində müğənniliyə başladığını deyən Mahmut bəy, bir daha yaşıl meydanlara dönməyib.
Oxşar xəbərlər
İkinci liqadan "Lill"ə transfer olunan futbolçu: "Mən qürbətçi deyiləm"
"Bu qədər bərbad futbolçu yığını görməmişəm" - Məşhur müğənni
Qərib İbrahimov karyerasını Türkiyədə davam etdirəcək - FOTO
Roberto Karlosun heyranı olan "Keşlə"li Əbil - VİDEO
"Onun 18 yaşı ola bilməz" - Məşhur mütəxəssis
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası