reklam
Millimiz Bolqarıstana məğlub oldu
Sportfm.az xəbər saytı

Millimiz Bolqarıstana məğlub oldu


Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında I dövrəyə yekun vurulub.

Sportfm.az xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan millisi III turun qarşılaşmasını səfərdə keçirib.

Faiq Qarayevin yetirmələri Bolqarıstan yığmasının qonağı olublar. İlk 2 matçı evdə keçirən və qalib gələn komandamız bu dəfə məğlub olub.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamız ilk seti qələbə ilə başa vursa da, sonradan toparlanan bolqarlar qələbəni bayram ediblər.

Qeyd edək ki, A qrupunun digər görüşündə Portuqaliya Ukraynanı qəbul edəcək. Bu duel mayın 27-də baş tutacaq. 

Qızıl Avropa Liqası

A qrupu

III tur

26 may

Bolqarıstan - Azərbaycan - 3:1 (17:25, 25:17, 25:14, 25:21)

Hakimlər: Aleksandros Milonakis (Yunanıstan), Çavdar Marev (Bolqarıstan)

Sofiya, Xristo Botev Sarayı

Oxşar xəbərlər

Millimiz səfərdə Ukraynaya qalib gəldi
Millimiz Bolqarıstana qarşı
Millimiz Qızıl Avropa Liqasında ikinci qələbəsini qazandı
Azərbaycan millisi Qızıl Avropa Liqasına qələbə ilə başladı - FOTO
Yığmamızın oyunlarının tam təqvimi – hamısı eyni saatda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər