Millimiz səfərdə Ukraynaya qalib gəldi
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında qrup mərhələsinin sonuncu oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, komanda A qrupunun VI tur qarşılaşmasında Ukrayna yığması ilə üz-üzə gəlib. Qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan yığmasının növbəti mərhələdə çıxış edib-etməyəcəyi A qrupunun digər oyunu Portuqaliya-Bolqarıstan və B qrupunda keçirilən Macarıstan-Finlandiya görüşündən sonra bəlli olacaq.
Qızıl Avropa Liqası, VI tur
6 iyun
18:00. Ukrayna-Azərbaycan 0:3 (28:30, 21:25, 23:25)
Hakimlər: Yan Krtiçka (Çexiya), Andrey Kovalçuk (Ukrayna)
İvano-Frankovsk, Bədən Tərbiyəsi Kollecinin idman zalı
Qeyd edək ki, Bolqarıstanla Azərbaycanın 12, Ukraynanın 6 xalı var. Portuqaliya isə hələ də xal qazana bilməyib.
Oxşar xəbərlər
Komandamız Avropa Liqasında neçənci yerdədi?
Millimiz Qızıl Avropa Liqasında ikinci qələbəsini qazandı
Azərbaycan millisi Qızıl Avropa Liqasına qələbə ilə başladı - FOTO
Yığmamızın oyunlarının tam təqvimi – hamısı eyni saatda
Avropa Liqasında iştirak etməyəcəyik - Rəsmi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası