reklam
Azərbaycan millisi Qızıl Avropa Liqasına qələbə ilə başladı -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi Qızıl Avropa Liqasına qələbə ilə başladı -FOTO


Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında ilk görüşdə Ukrayna yığmasına qalib gələrək bu mötəbər turnirə qələbə ilə başlayıb.

Sportfm.az xəbər verir ki, milli komandamız Azərbaycan Voleybol Mərkəzində Ukrayna yığmasını 3:1 hesabı ilə məğlub edib.

Yunanıstanlı baş hakim Epaminondas Gerothodorosin idarə etdiyi görüşə daha fəal başlayan ukraynalı voleybolçular ilk seti öz xeyirlərinə başa vurublar – 25:16. Lakin əzmkarlıq nümayiş etdirən Azərbaycan millisi ardıcıl üç setdə müvafiq olaraq 25:19, 25:23 və 28:26 hesabı ilə qalib gələrək oyunu qələbə ilə başa çatdırmağa nail olub. Beləliklə, görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. “E” qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçmələridir. Komandamız növbəti oyununu mayın 23-də səfərdə Portuqaliyaya qarşı keçirəcək. Qızıl Avropa Liqasının final mərhələsi Macarıstanda keçiriləcək.

Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə Qızıl Avropa Liqasının çempionu olub.

Oxşar xəbərlər

Millimiz səfərdə Ukraynaya qalib gəldi
Komandamız Avropa Liqasında neçənci yerdədi?
Millimiz Bolqarıstana məğlub oldu
Millimiz Qızıl Avropa Liqasında ikinci qələbəsini qazandı
Voleybolçularımız ilk görüşünü Ukraynaya qarşı keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər