reklam
Millimiz Qızıl Avropa Liqasında ikinci qələbəsini qazandı
Sportfm.az xəbər saytı

Millimiz Qızıl Avropa Liqasında ikinci qələbəsini qazandı


Mayın 23-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında ikinci görüşündə Portuqaliya yığmasına qalib gələrək mötəbər turnirdə növbəti qələbəsini qazanıb.

Sportfm.az xəbər verir ki, milli komandamız Azərbaycan Voleybol Mərkəzində Portuqaliya yığmasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Türkiyəli baş hakim Saadettin Denerin idarə etdiyi görüşə daha fəal başlayan portuqaliyalı voleybolçular ilk seti öz xeyirlərinə başa vurublar – 26:24. Lakin ilk görüşdə olduğu kimi bu oyunda da yüksək əzmkarlıq nümayiş etdirən Azərbaycan millisi ardıcıl üç setdə müvafiq olaraq 25:17, 25:14 və 25:17 hesabı ilə qalib gələrək oyunu qələbə ilə başa vurub. Beləliklə, görüş voleybolçu qızlarımızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“A” qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçmələridir. Komandamız ilk turda Ukrayna yığmasını 3:1 hesabı ilə məğlub edib.

Azərbaycan millisi növbəti oyununu mayın 26-da səfərdə Bolqarıstana qarşı keçirəcək.

Qızıl Avropa Liqasının final mərhələsi Macarıstanda keçiriləcək.

Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə Qızıl Avropa Liqasının çempionu olub.

Oxşar xəbərlər

Millimiz səfərdə Ukraynaya qalib gəldi
Komandamız Avropa Liqasında neçənci yerdədi?
Millimiz Bolqarıstana məğlub oldu
Azərbaycan millisi Qızıl Avropa Liqasına qələbə ilə başladı - FOTO
Voleybolçularımız ilk görüşünü Ukraynaya qarşı keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər