reklam
Hakimə qəzəbləndi, kətili sındırdı  -
Sportfm.az xəbər saytı

Hakimə qəzəbləndi, kətili sındırdı -VİDEO


İtaliyanın paytaxtı Romada keçirilən "WTA Internazionali BNL d'Italia" turnirində böyük qalmaqal yaşanıb.

Sportfm.az xəbər verir ki, mükafat fondu 3,2 milyon avro olan turnirin 1/16 finalında 26 yaşlı çex tennisçi Karolina Plişkova 22 yaşlı yunan Mariya Sakkari ilə qarşılaşmışdı.

3-cü, həlledici setdə hesab 5:5 40/40 olanda hakim çex tennisçinin qaytardığı topun auta çıxdığını bəyan edib. Plişkova isə topun korta dəydiyini deyib.

Plişkova hakimin qərarına etiraz edib, hətta korta supervayzeri də çağırıb. Amma onun etirazları qəbul olmayıb.

Bundan sonra əsəbi oynayan Karolina dalbadal iki qeymi uduzub, matç da 6:3, 3:6, 5:7 hesabla Sakkarinin xeyrinə başa çatıb.

Hakimdən narazı qalan Plişkova matçdan sonra referinin əlini sıxmayıb. Əksinə, o, raketkası ilə hakimin "qülləsi"nə bir neçə zərbə endirib, raketkanı və hakimin kətilini sındırıb.

Oxşar xəbərlər

18 yaşlı tennisçi karyerasında ilk dəfə “US Open” turnirinin qalibi oldu
Açıq çempionatda finalçılar bilindi - Azarenko - Osaka
Ən çox qazanan qadın idmançılar - SİYAHI
Pike tennis turniri keçirəcək - FOTO
İki qadın, tennis topu və raketka - "Australian Open"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər