Çimərlik voleybolu üzrə turnirin qalibləri müəyyənləşdi
Pirşağıdakı “Həyat” İstirahət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar çimərlik voleybolu üzrə turnir keçirilib.
Sportfm.az xəbər verir ki, Olimpiya sistemi üzrə keçirilən yarışda 20 kişi, 11 qadın komandası qüvvəsini sınayıb.
Xanımların mübarizəsində “İl Azero” çempion tituluna yiyələnib. Kəmalə Əsgərova və Lyubov Qaluşkodan ibarət cütlük həlledici görüşdə Səbinə və Kameyla Mustafayevalardan ibarət “Sofi”yə qalib gəlib. İlk üçlüyü AVF (Dünya Vəliyeva və Fidan Ağaməmmədova) qapayıb.
Kişi voleybolçuların oyunu daha gərgin alınıb. Yarışda əsas yığmamızın üzvləri Pərviz Səmədov və Tural Həsənlidən ibarət “Taleh-1” bütün rəqiblərindən güclü olub. İkinci yeri “Sərhədçi” (Cavid Süleymanov və Aqil Ağayev), üçüncü pilləni isə “Taleh-2” (Purya Yazdenpenah və Asif Əliyev) tutub.
Oxşar xəbərlər
“Heydər Əliyev kuboku”nun təqvimi açıqlandı
“Xəzri” ölkə çempionu oldu - FOTO
Boks üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşdi
Bakıda çimərlik voleybolu üzrə beynəlxalq turnir başladı
Müğənni Zamiq yığmamızın üzvünə qarşı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası