Boks üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşdi
Yeniyetmə boksçular arasında açıq Bakı birinciliyi başa çatıb. Boks Mərkəzində təşkil olunan yarışda 150-dək idmançı gücünü yoxlayıb.
Sportfm.az xəbər verir ki, 4 gün davam edən yarışın yekununda ən güclülərin adına aydınlıq gəlib. 2002-2003-cü il təvəllüdlü boksçular arasında təşkil olunan birincilikdə komanda hesabında “Rabitə” idman klubunun üzvləri bütün rəqiblərini qabaqlayıblar. İkinci pilləni “Qəbələ”, üçüncü yeri “Neftçi” idman klubu tutub.
Qeyd edək ki, 14 çəki dərəcəsi üzrə keçirilən yarışda paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qüvvəsini sınayıb.
Müxtəlif çəki dərəcələrində yarışın qalibləri Nihad Ağakişiyev (44 kq), Ruslan Qədirov (46 kq), Əsəd Ağayev (48 kq), Zəlimxan Süleymanov (50 kq), Emil İbrahimov (52 kq), Əzrək Bəbirov (54 kq), Rəşid Həsənov (57 kq), Fərid Qarayev (60 kq), Samir Nəsirov (63 kq), Türkeş Mustafayev (66 kq), Nurlan Qasımov (70 kq), Mehman Quliyev (75 kq), Murad Allahverdiyev (80 kq) və Əhməd Əhmədov (80 kq-dan yuxarı) olublar.
Oxşar xəbərlər
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi - FOTO
"Neftçi"li Yonannes nədə 3-cü oldu?
Boks üzrə açıq Bakı birinciliyinə yekun vuruldu
"Qəbələ"nin üzvü Azərbaycan çempionu oldu - Boksçular arasında Bakı birinciliyi başa çatdı
Boksçular ilin ilk yarışına start verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası