reklam
Ordu idmançılarımız üçün düşərli oldu
Sportfm.az xəbər saytı

Ordu idmançılarımız üçün düşərli oldu


Şose velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandamız mayın 5-də və 6-da Türkiyənin Ordu şəhərində təşkil olunan çempionatda uğurla çıxış ediblər.

Sportfm.az xəbər verir ki, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında qardaş ölkədə 9 oğlan və 1 qız velosipedçimiz mübarizə aparıb. Yeniyetmə qızların 15 km məsafəyə kriterium ötüşməsində yeganə qız idmançımız Viktoriya Sidorenko fərqlənib – o, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, idmançımız ilk yarış günündə 40 km məsafəyə qrup ötüşməsində finişi ikinci başa vurmuşdu. Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekunu olaraq komanda hesabında 3-cü olub və bürünc medala layiq görülüb.

 

Oxşar xəbərlər

Musa Azərbaycan çempionatının qalibidir
Velosipedçimiz çempion oldu
Velosipedçilərimiz İranda yarışacaq
Açıq birinciliyin qalibləri müəyyənləşdi - FOTO
Velosiped idmanı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər