reklam
Velosipedçilərimiz İranda yarışacaq
Sportfm.az xəbər saytı

Velosipedçilərimiz İranda yarışacaq


Ölkəmizin şosse velosipedi üzrə gənc oğlanlardan ibarət yığma komandası ilin ilk beynəlxalq yarışında iştirak edəcək.

Sportfm.az xəbər verir ki, heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarət komandamız İran İslam Respublikasının Kerman şəhərində keçiriləcək "Kerman Turu"nda mübarizə aparacaq.

Martın 2-də start götürəcək 4 günlük yarışda həmçinin İraq, Oman, İordaniya, Pakistan və Əfqanıstan velosipedçiləri də iştirak edəcək. Bundan başqa, ev sahibi İran "Kerman Turu"nda 4 komanda ilə təmsil olunacaq.

İştirakçılar martın 2-də keçiriləcək 1-ci mərhələdə 44 km məsafəyə komanda ötüşməsində mübarizə aparacaqlar. Növbəti 3 gün ərzində isə müvafiq olaraq 98, 58 və 114 km məsafələrə qrup ötüşməsi keçiriləcək.

Oxşar xəbərlər

Yığmamız üçün beynəlxalq turnir - 10 komanda
Millimiz “Tour of Sharjah”ın ikinci mərhələsini başa vurdu
Voleybolçularımızın rəqibləri bəlli oldu - İslam Həmrəyliyi Oyunları
Velosiped idmanı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
Ordu idmançılarımız üçün düşərli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər