reklam
Abbasov dünya çempionu oldu
Sportfm.az xəbər saytı

Abbasov dünya çempionu oldu


Azərbaycanın və "Qəbələ" İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov növbəti titulunu qazanıb.

Sportfm.az xəbər verir ki, 33 yaşlı idmançımız MMA GEFC Global (Grand European Fighting Championship) dünya çempionu tituluna yiyələnib. O, bu uğuruna Bakıda təşkil edilən Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş MMA üzrə beynəlxalq turnirdə imza atıb. 84 kq çəki dərəcəsində çıxış edən Abbasov kəmər uğrunda döyüşdə braziliyalı Joze Eudes Tavareslə qarşılaşıb. 5 raundluq döyüşün ilk dəqiqələrindən üstünlüyü ələ alan Bəxtiyar qarşılaşmanı vaxtından əvvəl başa vurub. O, 4-cü raundda texniki nokautla qalib gəlib və dünya çempionu adına sahib çıxıb."Qəbələ"nin daha bir idmançısı turnir çərçivəsində qüvvəsini sınayıb. 70 kq çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev Qazaxıstan idmançısı Aybek Nurseitlə qarşılaşıb. Bərabər mübarizə şəraitində keçən 3 raundluq reytinq döyüşü heç-heçə ilə nəticələnib. (goal.az)

Oxşar xəbərlər

MMA döyüşçümüz növbəti qələbəsini qazandı - UĞUR
Nəriman qələbədən sonra ağladı - Ölən qardaşı üçün
Azərbaycanlı döyüşçü dünya çempionu oldu
Döyüşçümüz dünya kəmərinə sahib oldu - FOTO
Nəriman Adili döyüb 20-ci qələbəsini əldə etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər