“Sumqayıt” Samir Abasovla bağlı qərarını verdi
"Sumqayıt"da baş məşqçi məsələsinə aydınlıq gəlib.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, hazırkı çalışdırıcı Samir Abasov gələn mövsüm də postunda qalacaq.
Adı bir müddətdi "Neftçi" ilə hallanan Abasovun "gənclik şəhəri" təmsilçisinin rəhbərliyi ilə danışıqları uğurlu alınıb. Nəticədə rəhbərliyin yeni 2 illik müqavilə təklifinə 40 yaşlı mütəxəssis müsbət cavab verib.
Məlumatı əməkdaşımızla söhbətində Abasov özü də təsdiqləyib. O, böyük ölçüdə "Sumqayıt"da qalacağını söyləyib:
"Bu məsələyə qarşıdakı iki çempionat matçından sonra aydınlıq gələcək. Rəhbərliklə söhbətimiz oldu, onlar qarşıdakı iki ildə də burda qalmağımızı istədilər. Sadəcə, qarşıdakı oyunlara kökləndiyimdən, bir az gözləmələrini xahiş etdim. Ancaq çox güman ki, müsbət cavab verəcəyik. Çünki burda qalmaq niyyətindəyik. Təbii ki, klubun gələcək strategiyası da bu məsələdə çox önəmlidi. Bütün bu məsələləri mövsümün sonuna saxladıq".
Qeyd edək ki, Samir Abasov 2015-ci ildən "Sumqayıt"a rəhbərlik edir.
Oxşar xəbərlər
Premyer Liqada 75-ci, "Sumqayıt"da 40-cı - Misli Premyer Liqası
Samir Abasov 100-ə çatdı
"Samir Abasov namizəd deyil desək, yalan olar"
Samir Abasov "Qəbələ" məsələsinə aydınlıq gətirdi
Riad Rəfiyev: Abasovla yeni müqavilə məsələsini müzakirə etmək düzgün olmaz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası