reklam
Samir Abasov 100-ə çatdı
Sportfm.az xəbər saytı

Samir Abasov 100-ə çatdı


Samir Abasov “Sumqayıt”ı 100-cü dəfə çempionat oyununa çıxarıb.

Sportfm.az xəbər verir ki, yu yubiley Misli Premyer Liqasının 22-ci turuna təsadüf edib. 45 yaşlı mütəxəssis “Şamaxı” ilə ev matçınadək “Gənclik şəhəri” təmsilçisini Premyer Liqada 99 sınağa çıxarmışdı.

 

O, 2015-ci ilin oktyabrından 2018-ci ilin mayınadək üç mövsüm ərzində 85 çempionat görüşündə “Sumqayıt”ın “sükanı arxası”nda olub. 2022-ci ilin sentyabrında komandaya qayıdan mütəxəssis cari çempionatın 15 qarşılaşmasında iş başında olub.

Abasovun rəhbərliyi altında keçirdiyi 100 oyunda “Sumqayıt” 33 qələbə qazanıb, 26 heç-heçə edib və 41 dəfə uduzub. Bu matçlardakı top fərqi 113-135-dir. Komanda çempionatda aktivinə 125 xal yığıb.

Qeyd edək ki, sumqayıtlılar bu görüşdə 1:0 hesablı qələbə qazanıb. (PFL)

Oxşar xəbərlər

Abasov ikiqat yubileyə sevinib
Premyer Liqada 75-ci, "Sumqayıt"da 40-cı - Misli Premyer Liqası
"Sumqayıt"da yubiley qələbəsi - 100-ə çatdı
“Sumqayıt”dan 75-ci qələbə
Abasovun 40-cı qələbəsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər