reklam
“Baku Sailing Regatta-2018”in qalibləri müəyyənləşdi -
Sportfm.az xəbər saytı

“Baku Sailing Regatta-2018”in qalibləri müəyyənləşdi -FOTO


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2018”) keçirilib.

Sportfm.az xəbər verir ki, 31 yelkənçinin iştirak etdiyi reqatada idmançılar dörd sinif (“Optimist”, “Laser-standard”, “Laser-radial”, “Laser 4.7”) üzrə yarışıblar. Onlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçi” və “Xəzər” idman klublarının, Azərbaycan Yelkənli İdman Federasiyasının üzvləridirlər. Qaliblər yerli və beynəlxalq hakimlər tərəfindən müəyyənləşdirilib. Birinci, ikinci və üçüncü yerlərin sahibləri mükafatlandırılıblar.

Yarış çərçivəsində Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar da keçirilib.

Bundan başqa, açıq havada sərgi təşkil edilib. Burada paytaxt sakinləri və şəhərin qonaqları gəmi və dənizçiliyə aid maraqlı eksponatlarla tanış olublar. Həmçinin yarış boyunca sahildə qayıqların nümayişi də baş tutub.

Oxşar xəbərlər

“Prezident kuboku-2022”-də 100-dən artıq idmançı mübarizə aparacaq
"Bayıl Arena"nın adı dəyişdirildi
"Xəzər Kuboku" Bakıya gəldi - FOTO
Yelkənçilərimiz Azərbaycanı Avropa çempionatında uğurla təmsil etdi - FOTO
Bu dəfə yelkənlilərin yarışında təmsil olunduq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər