reklam
Bu dəfə yelkənlilərin yarışında təmsil olunduq
Sportfm.az xəbər saytı

Bu dəfə yelkənlilərin yarışında təmsil olunduq


Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF) komandası beynəlxalq yarışda 600–ə yaxın idmançı ilə mübarizə apararaq Azərbaycanı layiqincə təmsil edib.

AYİF-dən Sportfm.az-a bildirilib ki, “Optimist” sinfi üzrə yığma komandası Türkiyənin Bodrum şəhərində təşkil olunan 6–cı Bodrum Beynəlxalq Optimist Yarışında (BIOR) iştirak ediblər.

Federasiyanın İdman üzrə koordinatoru Burcu Algon Giorgianninin rəhbərlik etdiyi 3 oğlan və 2 qızdan ibarət komanda heyəti, 5 gün davam edən mötəbər yarışda 600-ə yaxın idmançı ilə mübarizədə ölkəmizi layiqincə təmsil etməyə nail olub.

2017–ci ildən etibarən AYİF-in hər il Bodrum Beynəlxalq Optimist Yarışında iştirak etməsinin əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.

Qeyd edək ki, yelkənçilərimiz sözügedən yarışda 21 ölkəni təmsil edən 96 ayrı yelkən klublarının idmançıları ilə mübarizə apararaq yarışları uğurla başa vurublar.

Oxşar xəbərlər

Azərbaycan yelkənçiləri 3-cü oldu - Beynəlxalq turnir
Göygöldə beynəlxalq turnir keçiriləcək - Cüdo üzrə
"Xəzər Kuboku" Bakıya gəldi - FOTO
Yelkənçilərimiz Azərbaycanı Avropa çempionatında uğurla təmsil etdi - FOTO
“Baku Sailing Regatta-2018”in qalibləri müəyyənləşdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər