Rəhimova “Fənərbaxça”ya lazım olmadı
Azərbaycan milli komandasının voleybolçusu Polina Rəhimova klubsuz qalıb.
Sportfm.az xəbər verir ki, milliləşən legioner son mövsümdə çıxış etdiyi Türkiyə "Fənərbaxça"sına lazım olmayıb.
Müqaviləsi başa çatan 5 oyunçu ilə yollarını ayırmağa qərar verən İstanbul nəhəngi Polinanın xidmətində maraqlı olmayıb. Hücumçunun Türkiyə karyerası bir mövsümdən artıq sürməyib.
"Fənərbaxça"nın heyətdəki islahatları uğursuz mövsümlə bağlıdı. Belə ki, istanbullular Türkiyə çempionatında yalnız bürünc medal qazanıb. Polina və komanda yoldaşlarının bu medalı isə son 5 mövsümün ən uğursuz nəticəsidi. 2014/15 və 2016/17 mövsümlərində qızıl, 2013/14 və 2015/16 mövsümlərində gümüş əldə edən istanbullular bu dəfə finala həsrət qalıb.
Oxşar xəbərlər
Millimizin sabiq üzvündən xeyriyyə çağırışı - "Ukraynaya birlikdə dəstək olaq"
Voleybolçumuz milli karyerasını başa vurur - Açıqladı
Millimizin oyunçusu A Seriyasında - FOTO
Türkiyə çempionatında Azərbaycan dueli
Polina Rəhimova: "Fənərbaxça"nın üzvü olduğum üçün xoşbəxtəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası