reklam
Millimizin sabiq üzvündən xeyriyyə çağırışı -
Sportfm.az xəbər saytı

Millimizin sabiq üzvündən xeyriyyə çağırışı -"Ukraynaya birlikdə dəstək olaq"


Azərbaycan millisinin ukraynalı sabiq voleybolçusu Polina Rəhimova "Feysbuk" hesabında etdiyi paylaşımla diqqət çəkib.

Sportfm.az xəbər verir ki, o, azarkeşləri "Fənərbaxça" və "Şaxtyor" (Donetsk)  arasında bu gün İstanbulda keçiriləcək xeyriyyə matçı üçün bilet almağa çağırıb: "Bu gün "Fənərbaxça" stadionunda Donetsk "Şaxtyor"u ilə oyun olacaq. Oyundan əldə olunacaq bütün gəlirlər ukraynalı uşaqlarına yardım məqsədilə xərclənəcək. Mən orada olacağam. Görüşmək istəyirsinizsə, stadiona gəlin və Ukraynaya birlikdə dəstək olaq"!

Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Polina Rəhimova 2007 - 2020-ci illərdə Azərbaycan yığmasının formasını geyinib.

 

Oxşar xəbərlər

Ukrayna klubunun xeyriyyə oyunlarından əldə etdiyi gəlir - 281 168 manat
"Bu gün Azərbaycan üçün oynayacağam" - Polina Rəhimova
Voleybolçumuz milli karyerasını başa vurur - Açıqladı
Millimizin oyunçusu A Seriyasında - FOTO
Rəhimova “Fənərbaxça”ya lazım olmadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər