Millimizin oyunçusu A Seriyasında -FOTO
Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova karyerasını İtaliyada davam etdirəcək.
Sportfm.az xəbər verir ki, 28 yaşlı hücumçu A seriyasında mübarizə aparan “Kazalmadjore” ilə danışıqları müsbət yekunlaşdırıb.
Rəhimova artıq 1 illik müqaviləyə imza atıb. O, bununla da Cənubi Koreya, Yaponiya və Türkiyədən sonra İtaliyada da legioner həyatı yaşayacaq. “Kazalmadjore” Polina ilə yanaşı, 2014/2015 mövsümündə Bakı “Lokomotiv”ində oynamış italiyalı Valentina Arriqettinin də transferini rəsmiləşdirib.
Qeyd edək ki, peşəkar karyerasına Bakıda “Nəqliyyatçı”da (2005-2007) başlayan Rəhimova “Azərreyl”in (2007-2014, komanda voleybolçunun oynadığı son mövsümdə “Azəryol” adlanıb) uğurları üçün də çalışıb. O, ardınca Cənubi Koreyada “Hyundai” (2014-2015), Yaponiyada “Toyota” (2015-2017) və Türkiyədə “Fənərbaxça”nın (2017-2018) formasını geyinib. (apasport.az)
Oxşar xəbərlər
Maçado "Neftçi"də - RƏSMİ
Millimizin voleybolçusu karyerasını xaricdə davam etdirəcək - 1 illik müqavilə
“Qəbələ” heyətini Rodriqo ilə gücləndirdi - FOTO
Voleybolçumuz karyerasını Türkiyədə davam etdirəcək
Yığmamızın üzvü Rusiya Super Liqasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA U-15 Dünya Çempionatını canlı izləyin
-
“Kəpəz”in fan-shopu fəaliyyətə başladı
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
“Turan”ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq
-
“Şimal” – “Araz-Naxçıvan” matçına hakim təyinatları- Azərbaycan Kuboku
-
Millimiz Haiti yığmasına məğlub oldu - Dünya çempionatı












Misli Premyer Liqası