reklam
Lunyov yenə hədəfə düşə bilmədi
Sportfm.az xəbər saytı

Lunyov yenə hədəfə düşə bilmədi


Cənubi Koreyada atıcılıq üzrə Dünya Kuboku davam edir.

Sportfm.az xəbər verir ki, aprelin 23-də start götürən mübarizədə güllə atıcılarının yarışı başa çatıb.

10 m və 25 m məsafələrdə hədəf önünə keçən Ruslan Lunyov ümidləri doğrultmayıb. Həmyerlimiz müvafiq olaraq, 36-cı və 19-cu yeri tutub.

Stend atıcıların yarışı isə davam edir. Ölkəmiz skit növündə Niyaz Ağazadə, Fuad Qurbanov, Emin Cəfərov, Nurlana Cəfərova, Regina Meftahətdinova, trap növündə isə Əli Hüseynli və Aydan Camalova ilə təmsil olunur. Sonuncu 2 snayper qarışıq cütdə də dəqiqliyini yoxlayacaq.

Oxşar xəbərlər

Azərbaycan çempionatının qalibləri məlum oldu
Azərbaycan daha bir qızıl medal qazandı - İslamiada
Atıcılarımız dünya kubokuda mübarizə aparacaqlar
Azərbaycanı təmsil edəcək atıcıların adları müəyyənləşdi
Atıcılıq üzrə Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər