reklam
Zaur Axundov oyunçuların maaşlarını ödəyə bilmir -
Sportfm.az xəbər saytı

Zaur Axundov oyunçuların maaşlarını ödəyə bilmir -ÖZƏL


Artıq uzun illərdir futzal üzrə Yüksək Liqada hegemonluğu əldən verməyən və bu mövsüm vaxtından əvvəl çempionluğu təmin edən "Araz" hazırda problemlər məngənəsində boğulur. Qış fasiləsində maliyyə çətinliyi ilə üzləşən Naxçıvan təmsilçisi üç aparıcı legioner futzalçısını yola salmışdı. Göndərilən Rafael Vilela, Maykon Da Silva və Qabriel Bastosun əvəzinə "Yasamal"dan "Araz"ın səviyyəsinə uyğun olmayan iranlı Reza Toloyi transfer edilmişdi. Üstəlik, Rusiyadan böyük ümidlərlə komandaya gətirilən Ramil Quliyev ehtiyatda oturmaqdan bezərək, Bakını tərk etmişdi. Sportfm.az saytına məlum olub ki, klubda maliyyə sıxıntısı davam edir. Belə ki, "Araz"ın futzalçıları son iki aydır maaş üzünə həsrətdir. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov oyunçuların pullarını alacağını söyləsə də, komandanın baş məşqçisi Joze Alesio Da Silvanın və heyətdə yer alan braziliyalıların tezliklə istirahət üçün vətəninə yola salınacağını nəzərə alaraq, əvvəlcə onların maaşlarını ödəyəcəyi deyilir. 

Oxşar xəbərlər

Bizləri bəyənməyən "Don Joze" göndərilir, yerinə isə.... EKSKLÜZİV
Pulsuzluqdan şans qazanan futzalçılarımız Alesionu yenə "qaçırdacaqmı"? - QEYD
Yığmamızın baş məşqçisi: Klub prezidenti belə qarar verdi - MÜSAHİBƏ
Naxçıvan təmsilçisi daha iki oyunçusu ilə yollarını ayırdı - ÖZƏL
Alesio Da Silva:"Onların yığmanın şərəfini qoruyacaqlarını indidən deyə bilmərəm" - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər