reklam
Bizləri bəyənməyən
Sportfm.az xəbər saytı

Bizləri bəyənməyən "Don Joze" göndərilir, yerinə isə....EKSKLÜZİV


Avropa çempionatının D qrupunda mübarizə aparan futzal üzrə Azərbaycan yığması Vətənə əliboş döndü. Uzun illərdir yığmamızı çalışdıran Joze Alesio Da Silva hər görüşdən sonra uğursuzluğu ört-basdır etmək üçün "uşaqlar istəkli idilər, bəzliləri virusa yoluxdu, azarkeşlərimiz üçün oynadıq və s." açıqlamalarını versə də, bu dəfə belə görünür ki, onu yola verməyəcəklər. 

Bəli, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov artıq braziliyalı mütəxəssisin ipini kəsməyə qərar verib. Hazırda yığmamızla paralel "Araz"ı çalışdıran məşqçinin müqaviləsi mövsümün sonunda bitir. Əldə etdiyimiz məlumata əsasən, Da Silva ilə müqavilənin müddəti uzadılmayacaq və o yola salınacaq. 

Azərbaycan yığmasına mini-futbol oynayan braziliyalıları cəlb edən, yararsız iranlıları meydana buraxan, ölkəmizdə heç kimi bəyənməyən, yerli futzalçılara yuxarıdan aşağı baxan Don Joze gedir. Onun yerinə isə hələ ki, kimin təyin ediləcəyi məlum deyil. 

Oxşar xəbərlər

"Şanslar hələ bitməyib" - Joze Alesio Da Silva
"Uduzmağı heç kim istəmir" - Joze Alesio
"Uşaqlar yorğun idilər, düzgün düşünüb, icra edə bilmədilər" - Joze Alesio
Pulsuzluqdan şans qazanan futzalçılarımız Alesionu yenə "qaçırdacaqmı"? - QEYD
Zaur Axundov oyunçuların maaşlarını ödəyə bilmir - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər