reklam
Naxçıvan təmsilçisi daha iki oyunçusu ilə yollarını ayırdı -
Sportfm.az xəbər saytı

Naxçıvan təmsilçisi daha iki oyunçusu ilə yollarını ayırdı -ÖZƏL


Son illərdə ölkə futbolunda sözün əsl mənasında hegemonluq edən "Araz"da "yarpaq tökümü" davam edir. 

Sportfm.az saytı xəbər verir ki, bir müddət öncə braziliyalı Maykon Da Silva ilə yollarını ayıran Naxçıvan təmsilçisi, daha iki futzalçı ilə vidalaşıb. Bunlar İranda keçirilən beynəlxalq turnirdə millimizin də formasını geyinən Rafael Vilela və Qabriel Bastosdur. Mövsümün əvvəlində "Araz"a transfer olunan ikili oyunlarda daim Alesio Da Silvanın etimadını qazanırdı. Gəlmələr həmyerli olan baş məşqçinin etimadını qazansa da, federasiya prezidenti Zaur Axundov onların çıxışını bəyənməyib. UEFA Kubokunda Elit-raunda yüksələ bilməyən "Araz"ın rəhbəri oyunçuları saxlamaqda lüzum görməyib. Məsələnin digər tərəfi isə klubun maliyyə cəhətdən problemlərinin olmasıdır. Braziliyalılar məhz bu amilə görə də vətəninə yola salına bilərdi. 

Oxşar xəbərlər

"Araz"da daha iki ayrılıq - ÖZƏL
Zaur Axundov oyunçuların maaşlarını ödəyə bilmir - ÖZƏL
"Araz"dan ayrılan futzalçı Malta klubu ilə anlaşdı
"Araz"ın tükənən gücü və Alesio da Silvanın yalnış seçimi - YAZI
Alesio Da Silva:"Onların yığmanın şərəfini qoruyacaqlarını indidən deyə bilmərəm" - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər