Daniel Rikardo:"İnanıram ki, çempion ola bilərəm, amma..." - FOTO
Bu gün Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisi çərçivəsində "Red Bull" pilotu Daniel Rikardo, "Reno"dan Niko Hülkenberq və "Haas"dan Kevin Maqnussenin birgə mətbuat konfransı keçirilib.
Sportfm.az xəbər verir ki, mətbuat konfransında diqqət daha çox ötənilki Bakı yürüşünün və builki son, Çin Qran Prisinin qalibi Daniel Rikardoya olub.
O deyib ki, Bakıya xoş xatirələrlə geri gəlib: "Well done Baku. Mənim ötənilki Bakı yürüşündən əla xatirələrim qalıb. Biz ötən il uğur qazandığımız trekə qayıdırıq. Öz gücümə əminliyə gəlincə, bu ötən dəfə qalib gəlib-gəlməyindən asılı deyil. Pilot hər bir yarışa uğur qazanacağı inamı ilə gəlir. Amma mən Bakıya xoş xatirələrlə gəlmişəm və bu əladır.
"Red Bull" pilotu başqa komandaya keçid ehtimalı ilə bağlı sualı da cavablandırıb: "Mən şansım olacağını hiss etmədiyim komandaya heç vaxt keçmərəm. Komandada pilotlar arasında aydınlıq olmalıdır. "Red Bull"da bu var. Mən inanıram ki, çempion ola bilərəm, amma bunun üçün mövsümdə bir dəfə yox, daha tez-tez qalib gəlmək lazımdır. Mənim üçün maliyyə məsələləri çempionluqdan daha arxa planda durur. Mən "Red Bull"la müqavilə barəsində danışmışam. Yaya kimi gözləyəcəm. Mənim gələn il müqaviləsiz qalacağıma və ya mütləq sabah müqavilə imzalamalı olduğuma dair narahatlığım yoxdur. Əgər yaya kimi bir şey baş verməsə, o zaman "B" planı barədə düşünmək olar"
Oxşar xəbərlər
Maks Ferstappen Azərbaycan Qran-prisinin qalibidir
"Bakı trası sevdiklərimdən biri deyil" - "Red Bull"un pilotu
Fettel Britaniya Qran-prisinin qalibi oldu
"Red Bull"un pilotu Qran-pri yarışlarının qalibi oldu
"Red Bull"un pilotu Bakıya gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası