reklam
Sportfm.az xəbər saytı

"Bakıda olan trasa başqa ölkələrdə rast gəlmək mümkün deyil"


Bakıda olan trasa başqa ölkələrdə rast gəlmək mümkün deyil.

Sportfm.az xəbər verir ki, bunu "Moskva-Baku"ya müsahibəsində "Formula 2"nin "Russian Time" komandasının pilotu, "Formula 1"in test-pilotu Artyom Markelov deyib.

"Ən birinci yarışdan buradayam, iştirak etmək üçün üçündü dəfə gəlirəm. Deyərdim ki, hər şey iki il əvvəl olduğu kimi yüksək səviyyədədir. Təşkilatçılar trassı tez və keyfiyyətli təşkil etməyi bacarırlar", - deyə Markelov bildirib.

Onun sözlərinə görə, Bakı trassı başqalarından özünün ab-havası və sürətli döngələri ilə fərqlənir: "İçərişəhərdə döngələr kifayət qədər dardır, özünəməxsusdur. Belələrinə başqa ölkələrdə rast gəlmək mümkün deyil. Lakin onlara artıq öyrəşmişik, trassdan nə gözləmək lazım olduğunu bilirik".

Oxşar xəbərlər

"Bakıda Formula 1 yarışları həyəcanlı olur" - Serxio Peres
Novbəti Formula 1 Azərbaycan Qran Prisi nə vaxt olacaq?
Argentinalı fanat:"Bakı sadəcə şəhər deyil" - FOTO
Formula 2-nin Bakı qalibi: "Bu tras o qədər də təhlükəli deyil"
Formula 2: Sərbəst yürüşlərdə ən yaxşı pilotlar məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər