reklam
Bakıda beynəlxalq cüdo turnirinin açılış mərasimi keçirildi -
Sportfm.az xəbər saytı

Bakıda beynəlxalq cüdo turnirinin açılış mərasimi keçirildi -FOTO


Bakı İdman Sarayında aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş "Raquf Orucov Kuboku" ikinci beynəlxalq cüdo turnirinin rəsmi açılış mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, mərasimdə dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, veteran hərbçilər, şəhid ailələrinin üzvləri, tanınmış idmançılar, ictimai təşkilatların təmsilçiləri iştirak ediblər. Öncə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ordumuzun zəfər salnaməsinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 2016-cı ilin aprel döyüşləri haqqında qısa videoçarx nümayiş olunub.

Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Sahib İsmayılov aprel döyüşlərinin əhəmiyyətindən, hərbçilərimizin şücaətindən danışıb, Raquf Orucovun və digər şəhidlərin qəhrəmanlığının gənc nəsil üçün örnək olduğunu bildiriblər. Şəhid polkovnik-leytenantın qardaşı Zabil Orucov turnirin təşkilatçısı “Azman” holdinqə və "Judo Club 2012" idman klubuna ailə üzvləri adından təşəkkür edib.

Turnirin açılış mərasimində yeniyetmə cüdoçular nümunəvi çıxışlar ediblər. İncəsənət ustaları vətənpərvər ruhda musiqi parçaları səsləndiriblər.

Aprel döyüşlərində həlak olmuş hərbçilərin portretləri həkk edilən köynəklər geymiş ASAN könülləri tamaşaçıların alqışları altında meydançaya çıxıblar.

Sonda turnirdə iştirak edən idmançılar tatami üzərinə dəvət olunublar.

Oxşar xəbərlər

“Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri bərpa olunur
Bakıda 9-cu “Baku Open” turnirinin açılış mərasimi oldu
Azər Əsgərov: Şəhidlərimizin xatirəsinə ehtiram mənəvi borcumuzdur
Sabirabadda yunan-Roma güləşi üzrə zona birinciliyinin açılışı oldu
Qusarda şəhid Əmiraslan Xeyirbəyovun xatirəsinə həsr olunan cüdo turniri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər