reklam
Qusarda şəhid Əmiraslan Xeyirbəyovun xatirəsinə həsr olunan cüdo turniri keçirilib
Sportfm.az xəbər saytı

Qusarda şəhid Əmiraslan Xeyirbəyovun xatirəsinə həsr olunan cüdo turniri keçirilib


Qusarda aprel döyüşlərində şəhid olan Əmiraslan Xeyirbəyovun xatirəsinə həsr edilən yeniyetmə və gənclərin iştirakı ilə cüdo turniri keçirilib.

Yarış “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin reallaşdırdığı “Aprel döyüşləri qələbəmizin ilk carçısıdır!” layihəsi çərçivəsində təşkil olunub.

İctimai Birlikdən Sportfm.az saytına bildiriblər ki, yarışın açılış mərasimində layihə rəhbəri Ramin Mahmudov çıxış edərək aprel döyüşlərində Azərbaycan Ordusunun şanlı zəfərindən danışıb, gənclərə Vətənin igid övladlarının qəhrəmanlığı barədə məlumat verib. Vurğulanıb ki, turnirin məqsədi gənc nəslə aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın igidliklərini və şərəfli həyat yolunu təbliğ etməklə onların xatirəsini daim yaşatmaq, gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etməkdir.

Şəhidin atası Xəlil Xeyirbəyov övladının xatirəsinə göstərilən yüksək ehtirama görə təşəkkürünü bildirib, övladının Vətən uğrunda şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu ifadə edib.

Digər çıxışlarda da belə tədbirlərin və yarışların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə mühüm töhfə verdiyi vurğulanıb.

On çəki dərəcəsi üzrə keçirilən cüdo yarışlarının qaliblərinə diplom, medal və qiymətli hədiyyələr təqdim olunub. İştirakçılara xüsusi kitabça və bukletlər paylanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən layihə çərçivəsində Şabran rayonunda cüdo, Quba rayonunda isə gənc rəssamların sərgisinin təşkili nəzərdə tutulur.

Oxşar xəbərlər

Şəhidin xatirəsinə həsr edilən turnir başa çatdı - FOTOLAR
Şəhidin xatirəsinə həsr edilən turnir keçiriləcək
“Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri bərpa olunur
Bakıda beynəlxalq cüdo turnirinin açılış mərasimi keçirildi - FOTO
Azər Əsgərov: Şəhidlərimizin xatirəsinə ehtiram mənəvi borcumuzdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər