reklam
Sportfm.az xəbər saytı

"O futzalçı meydana çıxsa, mən burda durmayacam" -PROBLEM


Fotolar: Sportfm.az

Ötən gün futzal üzrə Yüksək Liqada XXV turun ikinci matçında "Yasamal" "Marafon"la üz-üzə gəlib. Çempionatın 3-cü dövrəsində rəqibinə məğlub olan "Marafon" rəqibini 7-1 hesabı ilə darmadağın edib. Bakı İdman saryında baş tutan qarşılaşmadan öncə isə ciddi insident yaşanıb. Belə ki, Azərbaycan Futzal Federasiyasının rəsmilərinin və həkim Esmiralda Ələkbərova "Yasamal"ın iranlı qapıçısı Məhəmməd Roştaninin meydana çıxmasına qadağa qoyub.

Sportfm.az saytına məlum olub ki, legioner futzalçı epilepsiya xəstəliyindən əziyyət çəkir. Epilepsiya - bədənin hər hansı bir hissəsində və ya bütün bədəndə qısamüddətli qeyri-iradi qıcolmalar, tutmalar şəklində meydana çıxan, beynin xroniki xəstəliyidir. Bu xəstəlik müxtəlif formada olan tutmaları ilə tanınır. Epiletik tutmalar 2 yerə bölünür: kiçik və böyük tutmalar. Əgər epilepsiya tutmaları yarım saata qədər davam edərsə və yaxud tez-tez təkrarlanarsa bu zaman xəstə huşunu itirir. Belə vəziyyətə epileptik status deyilir. Nəticədə xəstənin tənəffüsü pozulur ürək fəaliyyəti dayanır. Beyin ödəmi nəticəsində koma, hətta ölüm ola bilir. Məhz buna görə "Yasamal"ın meneceri, yoxsa baş məşqçisi olduğu bilinməyən iranlı Həsən Mirzəyi və klubun rəhbəri Orxan Allahverdiyevin təkidlərinə baxmayaraq, Esmiralda xanım qətiyyətlə, əgər Roştani meydana çıxarsa, oranı tərk edəcəyini açıqladı. CBC Sport vasitəsilə canlı yayımlanan matçı idarə edən baş hakim Elçin Məmmədova da hakim-inspektor Murad Məmmədov tərəfindən əlcək sahibinin meydana daxil olmaması ilə bağlı müvafiq göstərişlər verildi.

Belə olan təqdirdə isə "Yasamal"ın qapısını Sultan Sadiqov qorumalı oldu. İlk dəqiqələrdən qərara etiraz edən Roştani dəfələrlə federasiya rəsmilərinə etiraz edərək, meydana çıxmağa cəhd göstərsə də, Elçin Məmmədov buna imkan vermədi. Qapıçı zədələnən oyunçuya göstərilən kömək zamanı yaranan fasilədən istifadə edərək meydana çıxmağa nail olsa da, baş hakim onu geri göndərdi. Təəssüflər olsun ki, görüşün ikinci hissəsində Roştani istəyini həyata keçirdi və qapıda yerini tutdu. Artıq Elçin Məmmədov da bununla barışmalı oldu. Çox maraqlıdır, görəsən, oyun zamanı iranlı futzalçı qıcolma olsaydı, buna kim cavab verəcəkdi???

 

 

 

 

 

 

 

Oxşar xəbərlər

"Marafon"un qisası ağır oldu
Futzal: Qışqıran Edu, qucaqda daşınan Mehran və yaralanan Məmmədov
Sprinter Nurullayev, "qoçu" iranlı və ən güclü Tyaqo - 20-ci turdan məqamlar
"Yasamal"dan sensasion nəticə
"Mən Azərbaycana futzal oynamaq üçün gəlmişəm" - Elyas Barati

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər