"Beşiktaş" zirvədə, "Fənərbaxça" Sivas səfərində
Türkiyə çempionatında XXVIII tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə çempionluğa iddialı "Beşiktaş" "Akhisar"ın qonağı olub.
Erkən qolla hesabı açan İstanbul klubu fasiləyədək meydan sahiblərini daha bir dəfə məyus edib. İkinci hissədə 3-cü qolu vurub, böyükhesablı qələbəni rəsmiləşdirən "Beşiktaş" ən azı 2 günlük zirvəyə yüksəlib.
Belə ki, bu turadək "ağ-qaralar"ı qabaqlayan iki komanda - "Başakşəhər" və "Qalatasaray" aprelin 15-də qarşılaşacaq və liderlik üçün mübarizə aparacaq. Superliqanın daha bir iddialısı "Fənərbaxça" turun ikinci günündə "Sivasspor"un qonağı olacaq.
Qeyd edək ki, 4 gün davam edəcək tura aprelin 16-da keçiriləcək "Osmanlıspor" - "Trabzonspor" matçı ilə yekun vurulacaq.
Türkiyə Superliqası
XXVIII tur
13 aprel
"Akhisar" - "Beşiktaş" - 0:3
Qollar: Babel, 3, 48, Neqredo, 20
14 aprel
14:30. "Kasimpaşa" - "Karabükspor"
17:00. "Yeni Malatyaspor" - "Alanyaspor"
20:00. "Sivasspor" - "Fənərbaxça"
15 aprel
14:30. "Kayserispor" - "Gənclərbirliyi"
17:00. "Antalyaspor" - "Konyaspor"
17:00. "Göztəpə" - "Bursaspor"
20:00. "Qalatasaray" - "Başakşəhər"
16 aprel
21:00. "Osmanlıspor" - "Trabzonspor"
Oxşar xəbərlər
Qapıçı qol vurdu, İstanbul klubu çempionluq yarışında ağır yara aldı
"Başakşəhər"in çempionluq yarışını davam etdirir
"Qalatasaray" sonuncu saniyələrdə uduzdu
"Qalatasaray" çempionluq yolunda daha bir səddi aşdı
"Fənərbaxça" lideri məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası