Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanda ilk dəfə futvole üzrə beynəlxalq turnir keçiriləcək
İyulun 30-31-də ölkəmizdə ilk dəfə olaraq futvole üzrə (çimərlik voleybolu və futbolun sintezi) beynəlxalq yarış təşkil olunacaq. KATV 1 şirkətinin və Aguatic Palace-nin (Su idmanı sarayı) birgə təşkilatçlığı ilə start götürəcək futvole şölənində 3 yerli komanda ilə yanaşı, Rusiya və Gürcüstan kollektivləri iştirak edəcək. "Dostluq kuboku” adını daşıyacaq turnirdə ümumilikdə 8 komanda birincilik üçün yarışacaq. İki gün davam edəcək futvole turniri dünya standardlarına cavab verən iki meydançada oynalınacaq. Saat 16:00-da start götürəcək oyunlara azarkeşlər və KİV nümayəndələri dəvətlidir.
Qeyd edək ki, futvole idman növünün yaranması 1965-ci ilə təsadüf edir. Braziliyalı Oktavio de Moraes Kopakabana çimərliyində futbol oynamağın qadağan olunmasından istifadə edərək, futvoleni icad edib. Əvvəllər bir komandada beş nəfərin çıxış etdiyi bu növdə sonralar topun demək olar ki, yerə düşməməsini nəzərə alaraq, iki nəfərin çıxış etməsi məqsədəuyğun sayılıb. Artıq dünyada futvole üzrə bir çox beynəlxalq yarış keçirilir. Futbol topu ilə oynanılan futvoledə əllərdən istifadə etmək qadağandır.
Oxşar xəbərlər
Hollandiya yığması və rusiyalı qızlar Bakıda meydana çıxacaq
Almaniya yığması Bakıya gəlir
Rio-2016 futvole bayramı
Bakıda futvole şöləni - FOTOLAR
Bakının "Sovetski" komandası rusiyalılarla eyni qrupda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası