Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakının "Sovetski" komandası rusiyalılarla eyni qrupda
Ölkəmizdə ilk dəfə olaraq futvole üzrə (çimərlik voleybolu və futbolun sintezi) beynəlxalq yarış təşkil edilib. Sportfm.az xəbər verir ki, KATV 1 şirkətinin və Aguatic Palace-nin (Su idmanı sarayı) birgə təşkilatçlığı ilə start götürən futvole şölənində 8 komanda iştirak edir. "Dostluq kuboku Baku cup 2016” adını daşıyan turnirdə ümumilikdə 4 yerli və 4 Rusiya kollektivi 2 qrupda mübarizə aparır. Əvvəlcədən Gürcüstan təmsilçisinin yarışda iştirak edəcəyi gözlənilsədə, son anda onlar Bakıya gəlməyiblər.
1-ci qrup:
Sarısu, Aran, Rusiya 2, Rusiya 4
2-ci qrup:
Sovetski, Yeni Yasamal, Rusiya 1, Rusiya 3
Saat 17:45-də turnirin açılış mərasimindən sonra oyunlara start verilib. Qeyd edək ki, sabah saat 10:00-da yarış yarımfinal görüşləri ilə davam edəcək. "Dostluq kuboku Baku cup 2016”-nın nəticələri ilə saytımız vasitəsilə tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Azərbaycan yığması Hollandiya ilə qarşılaşacaq
Su İdmanı Sarayında “Baku World Open” turnirinə start verilib
Su İdmanı Sarayında futvole üzrə turnir baş tutacaq
Bakıda futvole şöləni - FOTOLAR
Azərbaycanda ilk dəfə futvole üzrə beynəlxalq turnir keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası