Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Almaniya yığması Bakıya gəlir
Bakıda futvole(çimərlik voleybolu və futbolun sintezi) üzrə beynəlxalq turnir keçiriləcək.
Sportfm.az xəbər verir ki, Azərbaycan Futnet Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq turnir avqust ayının 5-də start götürəcək. 2 gün davam edəcək "Baku World Open" adlanan turnirdə kişilərdən ibarət 8, qadınlardan ibarət 4 komanda mübarizə aparacaq. Bakı Bulvarında yerləşən "Aguatics Palace"də(Su İdmanı Sarayı) keçiriləcək yarışda Azərbaycan yığması ilə yanaşı, Rusiya, Almaniya və İsrail komandaları iştirak edəcək. "Baku World Open" turniri beynəlxalq futvoley yarışları sırasına daxil edilib.
Qeyd edək ki, futvole idman növünün yaranması 1965-ci ilə təsadüf edir. Braziliyalı Oktavio de Moraes Kopakabana çimərliyində futbol oynamağın qadağan olunmasından istifadə edərək, futvoleni icad edib. Əvvəllər bir komandada beş nəfərin çıxış etdiyi bu növdə sonralar topun demək olar ki, yerə düşməməsini nəzərə alaraq, iki nəfərin çıxış etməsi məqsədəuyğun sayılıb. Artıq dünyada futvole üzrə bir çox beynəlxalq yarış keçirilir. Futbol topu ilə oynanılan futvoledə əllərdən istifadə etmək qadağandır.
Oxşar xəbərlər
"Baku World Open"in qalibi məlum oldu - FOTO
Azərbaycan yığması Hollandiya ilə qarşılaşacaq
Su İdmanı Sarayında “Baku World Open” turnirinə start verilib
Hollandiya yığması və rusiyalı qızlar Bakıda meydana çıxacaq
Azərbaycanda ilk dəfə futvole üzrə beynəlxalq turnir keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası