Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
YAÇ-2016: Jalə Əliyeva gümüş medala yiyələnib - VİDEO
İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Sportfm.az xəbər verir ki, üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəkidə yeniyetmə qızlar arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 1 gümüş medalla başa vurub.
49 kq çəki dərəcəsində mübarizə aparan Jalə Əliyeva ilk görüşdə komanda yoldaşı ilə görüşdən qalib ayrılıb. Ardınca Türkiyə, Rusiya və Ukraynadan olan rəqiblərinə qarşı əzmkar mübarizə nümayiş etdirən güləşçimiz finala yüksəlib. Final görüşündə Jalə Almaniyadan olan idmançı ilə gərgin keçən görüşü bərabərə bitirib. Ancaq xalların keyfiyyətinə görə rəqib üstün olub. Güləşçimiz gümüş medala yiyələnib.
Oxşar xəbərlər
Yığmamız Türkiyədə üçüncü oldu
Güləşçimiz bürünc medal qazandı
Güləşçilərimiz ikinci yarış günündə 4 medal qazandı
Rio-2016: Hacı Əliyev və Cəbrayıl Həsənov bürünc medal qazandılar
Avropa çempionatında növbəti iki medal - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası