reklam
Rio-2016: Hacı Əliyev və Cəbrayıl Həsənov bürünc medal qazandılar
Sportfm.az xəbər saytı

Rio-2016: Hacı Əliyev və Cəbrayıl Həsənov bürünc medal qazandılar


Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Sportfm.az xəbər verir ki, güləş yarışlarının altıncı günündə 57 və 74 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. 

57 kq çəkidə mübarizə aparan güləşçimiz Hacı Əliyev ilk görüşündə Koreyadan Junsik Yun üzərində inamlı qələbə qazanıb. Ardınca gürcü Vladimer Xinçeqaşvili ilə gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb. Onun finala yüksəlməsi Hacı Əliyevə bürünc medal şansı verib. Təsəlliverici görüşdə Qazaxstan idmançısı Nurislam Sanayevlə gərgin keçən görüşü üstün tamamlayan Hacı Əliyev olub. Son görüşdə isə güləşçimiz Bolqarıstandan Vladimir Dubovu tam üstünlüklə məğlub edib. Bu qələbə ilə güləşçimiz Rio Olimpiadasının bürünc medalına da sahib olub. 

74 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov ilk görüşündə Kolumbiyadan Carlos Mendezi, ardınca Gürcüstan təmsilçisi Jakob Makaraşvilini tam üstünlüklə məğlub edib. Yarımfinalda Rusiya təmsilçisi Aniuar Geduevlə gərgin keçən görüşü uduzan Cəbrayıl bürünc medal görüşünə haqq qazanıb. Özbəkistan təmsilçisi Bekzod Abduraxmonovu da üstələyən güləşçimiz Rio Olimpiadasının bürünc medalını qazanıb. 

Oxşar xəbərlər

Güləşçimiz bürünc medal qazandı
Güləşçilərimiz ikinci yarış günündə 4 medal qazandı
Güləşçimiz ermənini məğlub edib bürünc medal qazandı - VİDEO
Rio-2016: Nataliya Sinişin bürünc medal qazandı
Avropa çempionatında növbəti iki medal - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər