Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləşçimiz bürünc medal qazandı
Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Sportfm.az xəbər verir ki, çempionatın üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəkidə yeniyetmə qızlar yarışır. Güləşçilərimiz 4 çəki dərəcəsində təmsil olunub.
38 kq-da mübarizə aparan Şahanə Nəzərova Qazaxstan idmançısını üstələsə də növbəti görüşdə Hindistandan olan rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz ABŞ təmsilçisini mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda həlledici görüşdə Rusiya təmsilçisinə uduzan Şahanə Nəzərova çempionatı 5-ci sırada tamamlayıb.
43 kq çəkidə yarışan Aynur Camalova mübarizəyə 1/4 finaldan qoşulub. İlk görüşdə Qazaxstan idmançısını mübarizədən kənarlaşdıran güləşçimiz yarımfinalda Yaponiyadan olan rəqibinə uduzub. Bürünc medal görüşünə çıxan Aynur Camalova İspaniya güləşçisini üstələyərək çempionatın bürünc medalını qazanıb.
49 kq-da mübarizə aparan Jalə Əliyeva ilk görüşdə Yaponiyadan olan rəqibinə uduzsa da onun finala yüksəlməsi ilə təsəlliverici görüşlərə haqq qazanıb. Güləşçimiz əvvəlcə Rumıniya, ardınca Belarus idmançılarını mübarizədən kənarlaşdırıb. Jalə Əliyeva bürünc medal görüşündə ABŞ-dan olan rəqibinə uduzub və çempionatı 5-ci sırada tamamlayıb.
Oxşar xəbərlər
Güləşçilərimiz ikinci yarış günündə 4 medal qazandı
Güləşçimiz ermənini məğlub edib bürünc medal qazandı - VİDEO
Rio-2016: Nataliya Sinişin bürünc medal qazandı
Rio-2016: Hacı Əliyev və Cəbrayıl Həsənov bürünc medal qazandılar
Avropa çempionatında növbəti iki medal - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino














Misli Premyer Liqası