Qriqorçuka lazım olmayan futbolçu Gürcüstanda "qan edir"
21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyev Gürcüstanın "Şevardeni" klubunun heyətində ilk qolunu vurub.
Sportfm.az xəbər verir ki, Tbilisi təmsilçisi ölkə çempionatının IV turunda öz meydanında "Merani"ni qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə ilk qol 24-cü dəqiqədə vurulub. Komanda yoldaşından ötürmə alan Nəbiyev qapını dəqiq nişan alıb. Meydan sahibləri 32 dəqiqədə Omar Patarkatiaşişvili ilə hesab arasındakı fərqi 2-ə çatdırıblar. "Merani" 77-ci dəqiqədə buraxdığı qollardan birinin əvəzini çıxmağı bacarıb.
Ümumilikdə, "Qəbələ Futbol Akademiyası"nın yetirməsi oyunun ən fəallarından biri olub. İki həftədir "Şevardeni"nin düşərgəsinə qatılan gənc oyunçu matçı əvəzlənmədən keçirib.
Qeyd edək ki, icarə əsasında "Şevardeni"də çıxış edən istedadlı oyunçu ötən həftəki debüt matçında qol ötürməsi ilə yadda qalıb.
Oxşar xəbərlər
21 yaşlı azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq - EKSKLÜZİV
Azərbaycanlı Çexiyada bombardir oldu
Millimizin üzvü Gürcüstanda növbəti qolunu vurdu
Azərbaycanlı futbolçu Gürcüstan çempionatında debüt etdi
Çexiya klubu azərbaycanlı futbolçunu Tiflisə niyə göndərdi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
“Marafon” məğlub oldu - “World Winners Cup Alanya 2026”
-
2 komanda 1//8 finala yüksəldi - Azərbaycan Kuboku
-
Millimiz İnkişaf Turnirini qələbə ilə bitirdi
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO
-
Ölkəmizi Asiya kubokunda onlar təmsil edəcək














Misli Premyer Liqası