Çexiya klubu azərbaycanlı futbolçunu Tiflisə niyə göndərdi?
21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq üzvü Fərid Nəbiyev "Slaviya"dan ayrılıb.
Sportfm.az xəbər verir ki, gənc hücumçu Gürcüstanın milli liqasında (birinci divizion) çıxış edən "Şevardeni-1906" klubuna icarəyə verilib. Nəbiyev yeni klubu ilə 2 aylıq müqavilə imzalayıb.
V. Heydərli futbolçunun Çexiyada işçi vizası ala bilmədiyi üçün belə bir addım atdıqlarını bildirib. Ancaq o, probelmin tezliklə həll olunacağını söyləyib: "Artıq bu məsələ ilə bağlı Çexiya səfirliyinə müraciət etmişik. Ümid edirik ki, uzağı 45 günə kimi problem öz həllini tapacaq və Fəridə viza veriləcək".
Heydərli digər təkliflər olduğu halda Gürcüstanın aşağı dəstə təmsilçisini seçmələrinin səbəbini də açıqlayıb: "Hazırda transfer pəncərəsi bir neçə ölkədə açıqdır ki, onlardan biri də Gürcüstandır. Fəridin xidmətində yüksək liqa təmsilçiləri də maraqlı idi. Ancaq onlar minimum 1 illik müqavilə bağlamaq istəyirdilər. Bu isə bizə sərf etmirdi. "Şevardeni-1906" klubu ilə may ayına qədər anlaşma imzalanıb. Fərid bu komandada hardasa 10-12 oyun keçirəcək. Bizə də lazımdır ki, futbolçu bu müddətdə boş qalmasın, oynasın".(qol.az)
Oxşar xəbərlər
21 yaşlı azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq - EKSKLÜZİV
Çexiya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı - FOTO
Qriqorçuka lazım olmayan futbolçu Gürcüstanda "qan edir"
Azərbaycanlı futbolçu Gürcüstan çempionatında debüt etdi
"Slaviya" Praqa 19 yaşlı azərbaycanlı futbolçu ilə müqavilə bağladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
“Marafon” məğlub oldu - “World Winners Cup Alanya 2026”
-
2 komanda 1//8 finala yüksəldi - Azərbaycan Kuboku
-
Millimiz İnkişaf Turnirini qələbə ilə bitirdi
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO
-
Ölkəmizi Asiya kubokunda onlar təmsil edəcək














Misli Premyer Liqası