21 yaşlı azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq -EKSKLÜZİV
Futbol üzrə Gürcüstanın Birinci liqasında çıxış edən “Şevardeni-1906” klubu 21 yaşlı azərbaycanlı futbolçu Murad İsmayılzadəni sıralarına qatıb.
Sportfm.az xəbər verir ki, on gün əvvəl komandanın təlim-məşq toplantısına qoşulan gənc futbolçu və paytaxt təmsilçisi arasında bir illik müqavilə imzalanıb. Gənc yarımmüdafiəçiyə 21 nömrəli forma təqdim edilib.
Qeyd edək ki, “İnter” PFK-nin yetirməsi olan Murad İsmayılzadə karyerası boyunca “İnter”, “Zirə”, “Sabah” və "Turan Tovuz" klublarında oynayıb, müvafiq yaşlarında U-17 və U-19 Azərbaycan milli komandalarına cəlb olunub. Onun müqavilə imzaladığı Tbilisi şəhərini təmsil edən “Şevardeni-1906” komandası Qafqazın ən qədim idman cəmiyyətlərindən biri sayılır. Belə ki, "Şevardeni-1906" 1911-ildə gürcü klub futbolunun təməlini qoyan komanda kimi tarixə keçib. 1987-ci ildə SSRİ çempionatının 2 liqa 9 zonasında debüt edib. 1990-cı ildən Gürcüstanın yüksək liqasında, 2001-ci ildən isə I divizionda çıxış edir.
Oxşar xəbərlər
Gürcüstanda legioner həyatı yaşayan gənc futbolçumuz: "Futbol oynamaq başqa, futbolçu olmaq başqa şeydir"
Serbiyalı futbolçu "Sabah"la müqavilə imzaladı
Qriqorçuka lazım olmayan futbolçu Gürcüstanda "qan edir"
Azərbaycanlı futbolçu Gürcüstan çempionatında debüt etdi
Çexiya klubu azərbaycanlı futbolçunu Tiflisə niyə göndərdi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası