reklam
Avropa Liqası:
Sportfm.az xəbər saytı

Avropa Liqası: "Qəbələ" növbəti mərhələyə - VİDEO


Avropa Liqasındakı təmsilçimiz "Qəbələ” II təsnifat mərhələsində cavab oyununu keçirib. Sportfm.az saytının məlumatına görə, "qırmızı-qaralar” bu gün Macarıstanın MTK klubu ilə qarşılaşıblar. Səfərdə keçirilən ilk görüşdə 2:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri görüşün taleyini birinci hissədə həll ediblər. Belə ki, ilk oyunda olduğu kimi yenə qələbə qazanan "Qəbələ” bu dəfə hər iki qolunu fasiləyədək vurub. Oyunun 7-ci dəqiqəsində Baqali Dabonun ötürməsindən sonra Sergey Zenyov hesabı açıb. 28-ci dəqiqədə Teo Uiks Dabonun ötürməsini başla qapıya göndərib. Bununla, mövsümdə keçirdiyi 4-cü oyunda 3-cü qələbəsini qazanan "Qəbələ” III təsnifat mərhələsinə yüksəlib. Qriqorçukun yetirmələri bu mərhələdə Fransa təmsilçisi "Lill”lə görüşəcək.
 
Qeyd edək ki, növbəti mərhələnin ilk oyunları iyulun 28-də baş tutacaq. "Qəbələ” həmin gün Fransada "Lill”in qonağı olacaq.
 
Avropa Liqasının II təsnifat mərhələsi, cavab oyunu
21 iyul
 
"Qəbələ” (Azərbaycan) – MTK (Macarıstan) - 2:0
Qollar: Sergey Zenyov, 7, Teo Uiks, 37
 

Baş hakim: Mete Kalkavan
Baş hakimin köməkçiləri: Ceyhun Səsigözəl, Esat Sancaktar
Dördüncü hakim: Sərkan Çinar (hamısı Türkiyə)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun - 2:1
 
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 13. Murad Musayev, 32. Rəşad Eyyubov, 34. Urfan Abbasov, 44. Rafael Santos
Baş məşqçi: Roman Qriqorçuk
 
MTK: 1. Layos Heqeduş, 4. Akos Baki, 5. Mato Qrqiç, 9. Darko Nikaç, 10. Lorand Sotmari, 14. Şandor Torgelle, 18. Barnabaş Beşe, 19. Yozef Konto (k), 23. Daniel Vaqnar, 24. Patrik Poor, 38. Adam Voşş
Ehtiyat oyunçular: 28. Federiko Qroppioni, 13. Adam Hrepka, 17. Adam Şrammel, 21. Draqan Vukmir, 30. Balint Borbey, 27. Sobolç Varqa, 26. İştvan Sotmari
Baş məşqçi: Vasilis Teodoru

Oxşar xəbərlər

Avropa Liqası: “Qəbələ”dən inamlı qələbə
“Qəbələ” Avroliqanın pley-offunda! - VİDEO
Avropa Liqası: “Qəbələ”dən qollu heç-heçə - VİDEO
Avropa Liqası: "Qəbələ"dən yubiley qələbəsi - VİDEO
“Qəbələ” növbəti mərhələdə! - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər