reklam
“Qəbələ” növbəti mərhələdə! - VİDEO
Sportfm.az xəbər saytı

“Qəbələ” növbəti mərhələdə! - VİDEO


UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib. Sportfm.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı "Qəbələ” də növbəti matçına çıxıb. Roman Qriqorçukun yetirmələri üçün qarşılaşma formal xarakter daşıyırdı. Belə ki, ilk oyunda Bakıda əldə olunan 5:1 hesablı darmadağından sonra səfərə rahat yollanan qəbəlilər məğlub olsalar da, növbəti mərhələyə yüksəliblər. Hesabı meydan sahibləri açıblar. Zivzivadze 14-cü dəqiqədə özünə qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirib. Hissənin sonlarına yaxın "Qəbələ"nin yeni qolçusu Teo Uiks hesabı bərabərləşdirib. İkinci hissə bərabərsəviyyəli oyun gedib. Azarkeşlər bir də matça əlavə olunmuş 2-ci dəqiqədə qol izləyiblər. Meydan sahiblərindən Şergelaşvili qələbə qolunu vurub.
 
Ancaq məğlubiyyətə baxmayaraq, turu keçən tərəf təmsilçimiz olub.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
 
"Samtredia” (Gürcüstan) – "Qəbələ” (Azərbaycan) 2:1
Qollar: Zivzivadze, 14, Şergelaşvili, 90+2 - Uiks, 42
 

"Samtredia”: 12. Miqnieşvili, 3. Qoqiaşvili, 4. Sandoxadze, 10. Arabuli, 11. Zivzivadze, 15. Çnobiladze, 16. Şerqelaşvili, 22. Mçedlişvili, 26. Datunayşvili (k), 39. Qorqiaşvili, 77. Qamkrelidze. 
Ehtiyat oyunçular: 30. Meşveliani, 2. Mtivlişvili, 6. Mancqaladze, 7. Rajamaşvili, 8. Markozaşvili, 14. Cikiya, 17. Kerdzevadze.
Baş məşqçi: Giorgi Tsedzadze
 
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 33. David Pietrjkeviç, 4. Elvin Camalov, 17. Məhəmməd Mirzəbəyov, 29. Hacıağa Hacıyev, 32. Rəşad Eyyubov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk

Baş hakim: Georgios Kizas
Baş hakimin köməkçiləri: Çasan Koula, İoannis Sipkas
Dördüncü hakim: Aleksandros Aretopulos (hamısı Yunanıstan)
Zestafoni. David Abaşidze stadionu
 
İlk oyun – 1:5

Oxşar xəbərlər

Avropa Liqası: “Qəbələ”dən inamlı qələbə
Avropa Liqası: “Qəbələ”dən qollu heç-heçə - VİDEO
Avropa Liqası: "Qəbələ" növbəti mərhələyə - VİDEO
Avropa Liqası: "Qəbələ"dən yubiley qələbəsi - VİDEO
Avrop Liqası: “Qəbələ”-"Samtredia" 5:1 - YENİLƏNİB-VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər