Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qəbələ” Avroliqanın pley-offunda! - VİDEO
UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Sportfm.az saytının məlumatına görə, təmsilçimiz "Qəbələ” də cavab oyununa çıxıb. Ötən mövsümün bürünc mükafatçısı öz meydanında Fransa klubu "Lill”lə qarşılaşıb. Roman Qriqorçukun yetirmələri oyuna səfərdə əldə etdiyi 1:1 hesablı heç-heçənin verdiyi üstünlüklə çıxıblar. Matça fəal başlayan təmsilçimiz hesabı açan tərəf olub. 34-cü dəqiqədə xorvatiyalı legioner Filip Ozobiç uzaqdan möhtəşəm zərbə ilə komandasını önə keçirib. Matç boyunca daha bir neçə təhlükəli vəziyyət yaradan komandamıza oyunçuların qeyri-dəqiqliyi mane olub. Rəqib komanda son anlarda fəallaşsa da, onlara bərabərlik qolunu vurmaq nəsib olmayıb. Bununla da qələbə qazanan "Qəbələ”nin sayəsində ardıcıl üçüncü il mötəbər yarışın pley-off mərhələsində iki komanda ilə təmsil olunacağıq.
Çempionlar Liqasında uduzub, mübarizəni Avropa Liqasında davam etdirən "Qarabağ”a qoşulan "Qəbələ” ötənilki uğuruna yaxınlaşıb. Həmin vaxt 4 mərhələ adlayıb, qrupa vəsiqə qazanan əyalət təmsilçisi təsnifat oyunlarında ardıcıl 6 ev matçında uduzmayıb. Bu müddətdə bir heç-heçə əldə edən təmsilçimiz 5 qələbə qazanıb.
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
4 avqust
"Qəbələ” (Azərbaycan) - "Lill” (Fransa) - 1:0
Qol: Filip Ozobiç, 34
Baş hakim: Aleksey Yeskov (Rusiya)
Baş hakimin köməkçiləri: Dmitri Mosyaqin, İqor Demeşko (hər ikisi Rusiya)
Dördüncü hakim: Vladimir Moskalev (Rusiya)
Hakim-inspektor: Oleq Çuykin (Belarus)
UEFA nümayəndəsi: Vasko Dojçinovski (Makedoniya)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 1:1
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 13. Murad Musayev, 32. Rəşad Eyyubov, 34. Urfan Abbasov, 44. Rafael Santos
Baş məşqçi: Roman Qriqorçuk
"Lill”: 1. Vinsent Enyeama, 2. Sebastyan Korçia, 5. Renato Çivelli (k), 6. İbrahim Amadu, 8. Munir Obbadi, 10. Morqan Amalfitano, 11. Erik Bautok, 12. Yulian Palmieri, 17. Markos Lopes, 19. Eder, 23. Adama Soumaoro,
Ehtiyat oyunçular: 16. Mayk Malqnan, 4. Yunus Sankeyr, 9. Yassin Benzia, 13. Stopia Sunzu, 18. Frank Beria, 20. Rayan Mendeş, 24. Rio Mavuba
Baş məşqçi: Frederik Antonetti
Oxşar xəbərlər
Avropa Liqası: “Qəbələ”dən inamlı qələbə
Avropa Liqası: “Qəbələ”dən qollu heç-heçə - VİDEO
Avropa Liqası: "Qəbələ" növbəti mərhələyə - VİDEO
Avropa Liqası: "Qəbələ"dən yubiley qələbəsi - VİDEO
“Qəbələ” növbəti mərhələdə! - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası