Azərbaycanlı hakimə “hökm oxundu”
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda əvəzedici heyətlərin və 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
Əvəzedici heyətlərin 21-ci turunun “Qəbələ” - “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.
“Qəbələ” klubunun baş məşqçisi Emin İmaməliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
Birinci divizionun 21-ci turunun “Sabah” - “Zaqatala” matçının 45-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Roini İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
“Zaqatala”nın futbolçusu Nəsib Əliyev texniki zona qaydalarını pozduğu üçün uzaqlaşdırılıb. Futbolçu bu səbəbdən 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oxşar xəbərlər
AFFA "Qəbələ"ni 1800 manat cərimələdi
"Zirə"yə texniki məğlubiyyət verildi
"Qaradağ Lökbatan"ın baş məşqçisinə cəza
AFFA Samir Əliyevi cəzalandırdı
"Kəpəz" 2400 manat cərimə olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası