

AFFA "Qəbələ"ni 1800 manat cərimələdi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Topaz Premyer Liqasının 14-cü turunun “Sabah” - “Keşlə” matçında “Sabah” klubunun 4, “Keşlə”nin 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur.
Topaz Premyer Liqasının 14-cü turunun “Səbail” - “Qəbələ” matçının 85-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 55-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Miloş Yevtic texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.
Oyunun 63-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.
Oyunun 68-ci dəqiqəsində “Səbail” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.
Birinci divizionun 13-cü turunun “Şüvəlan” - “Keşlə-2” matçında “Keşlə-2” klubunun 4, “Şüvəlan” klubunun 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.
Birinci divizionun 13-cü turunun “Qarabağ-2” - “Sabah-2” matçının 44-cü dəqiqəsində “Sabah-2” klubunun futbolçusu Əli Səmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 13-cü turunun “Ağsu” - “Kəpəz” matçının 83-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Ruslan Süleymanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 13-cü turunun MOİK - “Qaradağ Lökbatan” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 80 manat cərimə olunur.
Birinci divizionun 13-cü turunun “Neftçi-2” - “Zaqatala” matçının 66-cı dəqiqəsində “Neftçi-2” klubunun futbolçusu Nihad Qurbanlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oxşar xəbərlər
"Zirə"yə texniki məğlubiyyət verildi
AFFA klubları cəzalandırdı
"Kəpəz" 2400 manat cərimə olundu
"Turan Tovuz" və "Neftçi" cərimə olundu
Azarkeşləri "Qarabağ"ı ziyana saldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
AMADA rəsmisi beynəlxalq qurumda vəzifə aldı