reklam
Sportfm.az xəbər saytı

"Zirə"yə texniki məğlubiyyət verildi


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilub: 

1-ci divizionun 10-cu turunun “Keşlə-2” - MOİK matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur. 

Oyunun 41-ci dəqiqəsində MOİK-in inzibatçısı Hüseyn Həsənov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

Oyunun 73-cü dəqiqəsində MOİK-in baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur. 

1-ci divizionun 11-ci turunun “Qaradağ Lökbatan” - “Səbail-2” matçı təyin olunduğu vaxtdan 7 dəqiqə gec başladığına görə hər iki klub 240 manat cərimə olunur. 

“Kəpəz” - “Şüvəlan” matçının 80-ci dəqiqəsində “Şüvəlan”ın futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. 

“Sabah-2” - “Sumqayıt-2” matçında “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 82-ci dəqiqəsində “Sumqayıt-2” klubunun futbolçusu Elvin Dəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

1-ci divizionun 11-ci turunun “Turan Tovuz” - “Zirə-2” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

“Zirə-2” klubunun heyətində 3 futbolçunun lisenziyası oyundan əvvəl hakimə təqdim olunmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 800 manat cərimə olunur. 

“Zaqatala” - “Ağsu” matçında “Ağsu”nun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oxşar xəbərlər

"Neftçi"yə cəza verildi - Top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar etdiklərinə görə
AFFA "Qəbələ"ni 1800 manat cərimələdi
AFFA klubları cəzalandırdı
"Səbail" texniki məğlubiyyət aldı
"Kəpəz" 2400 manat cərimə olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər