"Qaradağ Lökbatan"ın baş məşqçisinə cəza
Bu gün İntizam Komitəsinin iclası baş tutub.
Sportfm.az xəbər verir ki, I Divizionun cəzaları bəlli olub:
I Divizionun IV turunun “Keşlə-2” – “Səbail-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
I Divizionun IV turunun “Qaradağ Lökbatan” – “Sabah-2” matçının 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozub. Bu səbəbdən kənarlaşdırılan baş məşqçi 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.
I Divizionun IV turunun MOİK – “Zirə-2” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
I Divizionun IV turunun “Zaqatala” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 19 №-li futbolçusu Eltac Mirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur.
Oxşar xəbərlər
AFFA I Divizion klublarını cərimələdi
"Zirə"yə texniki məğlubiyyət verildi
AFFA klubları cəzalandırdı
"Səbail" texniki məğlubiyyət aldı
"Kəpəz" 2400 manat cərimə olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası