reklam
Boksçularımız Almaniyada beynəlxalq turnirə qatılacaq
Sportfm.az xəbər saytı

Boksçularımız Almaniyada beynəlxalq turnirə qatılacaq


Azərbaycanın 19 yaşadək boksçuları iyulun 11-də Almaniyanın Frankfurt (Oder) şəhərində start götürəcək beynəlxalq turnirə qatılacaqlar.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

U-19 komandasının baş məşqçisi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədov 4 gün davam edəcək yarışda Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov, Sübhan Babayev, Toğrul Quliyev (hər üçü 60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), Səftər Məmmədzadə və Məhəmməd Cəfərova (hər ikisi +90 kq) şans verəcək.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) ilə Gülər Hüseynovaya (51 kq) etimad göstərib.

Azərbaycanı turnirdə həmçinin Elxan Quliyev hakim kimi təmsil edəcək.

Oxşar xəbərlər

Yığmamızın heyəti açıqlandı - SİYAHI
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək
Boks millimiz beynəlxalq turnirdə iştirak edəcək
Boksçularımız Rumıniyada beynəlxalq turnirdə iştirak edəcək
Boksçularımız beynəlxalq turnirdə iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər